Topaz Premyer Liqası: “Qəbələ” klubu “Zirə”ni məğlub edib
Bakı, 19 aprel, AZƏRTAC
Futbol üzrə Premyer Liqasının XXV turunda “Qəbələ” doğma meydanda “Zirə” komandasını məğlub edib - 2:1.
AZƏRTAC xəbər verir ki, oyunda hesabı 21-ci dəqiqədə “qırmızı-qaralar”ın hücumçusu Davit Volkov açıb. Birinci hissənin sonunda “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı zədələnərək meydanı tərk edib və onu Anar Nəzirov əvəzləyib.
Görüşün 56-cı dəqiqəsində Ceyms Adeniyi hesab arasındakı fərqi bir qədər də artırıb. Matçın 71-ci dəqiqəsində isə “Zirə”nin legioneri Sadio Tounkara hesab arasındakı fərqi azaldıb - 2:1. Bu oyunda sonuncu qol olub.
Bu nəticədən sonra 36 xalla dördüncü pillədə qərarlaşan “Qəbələ” komandası “Səbail” ilə xal fərqinin artmasına imkan verməyib. “Zirə” isə 25 xalla altıncı pillədə qərarlaşıb.
Turun sonuncu görüşündə “Sabah” və “Neftçi” komandaları qarşılaşırlar. XXV turun digər matçlarında “Qarabağ” klubu “Keşlə”ni (3:0), “Səbail” isə “Sumqayıt”ı (2:1) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]