Toşimici Totaki: Yaponiya dayanıqlılıq, şəhər inkişafı və yaşıl infrastruktur sahəsində öz təcrübəsini paylaşır VİDEO
Bakı, 18 may, AZƏRTAC
WUF13 dayanıqlı şəhərlərin inkişafı istiqamətində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Yaponiyanın “International Linkage” şirkətinin xarici layihələrin təşviqi ofisinin nümayəndəsi Toşimici Totaki deyib.
O bildirib ki, dünya şəhərləri iqlim dəyişiklikləri, təbii fəlakətlər və demoqrafik dəyişikliklər kimi ortaq problemlərlə üzləşir. “Yaponiya dayanıqlılıq, şəhər inkişafı və yaşıl infrastruktur sahəsində öz təcrübəsini paylaşır. WUF13 dayanıqlı şəhərlərin qurulması istiqamətində praktik bilik və təcrübələrin bölüşülməsi üçün mühüm imkan yaradır”,- deyə Toşimici Totaki əlavə edib.
Müxbir - Fidan Əlizadə
Videoperator - İlham Nadirov