“TotalEnergies” Fransada yanacaq qiymətlərinə yenidən limit tətbiq edir
Paris, 22 iyul, AZƏRTAC
“TotalEnergies” şirkəti Yaxın Şərqdə artan gərginlik və beynəlxalq neft bazarında qiymətlərin bahalaşması səbəbindən Fransadakı bütün yanacaqdoldurma məntəqələrində yanacağın satışına yenidən qiymət limiti tətbiq edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, əvvəllər tətbiq olunmuş qiymət məhdudiyyəti bərpa olunur. Qərara əsasən, benzinin litri maksimum 1,99 avro, dizel yanacağının litri isə maksimum 2,25 avrodan baha satılmayacaq.
“TotalEnergies” həmçinin iyunun 30-da elan etdiyi yay aksiyasını da davam etdirəcəyini bildirib. Fransanın avtomagistrallarında yerləşən yanacaqdoldurma məntəqələrində avqust ayının istirahət günlərində həm benzin, həm də dizel yanacağının qiyməti 1,99 avro/litr səviyyəsində sabit saxlanılacaq.
Məlumatda qeyd olunur ki, “TotalEnergies Electricité & Gaz” xidmətinin güzəşt proqramına qoşulan, eləcə də şirkətlə yeni elektrik və ya qaz müqaviləsi bağlayan fərdi müştərilər 2026-cı ilin sonunadək həm benzin, həm də dizel üçün 1,99 avro/litr limitindən yararlanacaqlar. Endirim məbləği alış-veriş qəbzində əks olunacaq.
Şirkət bu addımı Yaxın Şərqdə son aylarda kəskinləşən siyasi gərginliklə əlaqələndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]