Tramp İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsinin razılaşdırıldığını elan edib
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
Mən qürur hissi ilə bildirirəm ki, İsrail və HƏMAS bizim sülh planımızın birinci mərhələsini imzaladılar.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, bu o deməkdir ki, bütün girovlar tezliklə azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək.
“Bütün tərəflər ədalətli davranacaq. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür. Biz bu tarixi və misilsiz hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”,- deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]