Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verəcək
Vaşinqton, 1 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verəcək.
AZƏRTAC-ın məlumatına görə, onun müavini Aleks Vonq da onunla birlikdə vəzifədən gedəcək.
İstefanın ABŞ-ın Yəmənə hücumu ilə bağlı planın “Siqnal” sosial şəbəkəsində “Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqin də daxil edildiyi qrupda açıqlanması ilə bağlı olduğu bildirilir. Milli təhlükəsizlik üzrə müşavir hadisədən dərhal sonra məsuliyyəti öz üzərinə götürüb.
İstefa hələlik rəsmi şəkildə elan olunmayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]