TRANSQAFQAZ YOLU BAĞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 2-də Rusiyanın mərkəzi hissəsini Cənubi Qafqaz regionu ilə birləşdirən Transqafqaz magistral yolu saysız-hesabsız qar uçqunları nəticəsində bağlanmışdır. Bunu Şimali Osetiyanın fövqəladə hallar nazirinin köməkçisi Vladimir İvanov bildirmişdir.
Onun sözlərinə görə, bu, son 10-12 ildə ilk dəfə baş verir. İki gün yarım ərzində Qafqaz dağlarına yağıntının ikiaylıq norması düşmüşdür. Yolun bəzi hissələrində qar örtüyünün qalınlığı 1,6 metrə çatır. Hazırda qartəmizləyən texnika və xilasedicilər Buron qəsəbəsində toplaşmışlar. İrəliləmək hələlik mümkün deyildir. Qar isə yağmaqda davam edir. Magistral yolun vaxtında bağlanması sayəsində çoxsaylı tələfata yol verilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]