TRT EKRANLARINDA GƏNCƏYƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ VERİLİŞ GÖSTƏRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyi Azərbaycanın qədim Gəncə şəhərinə həsr olunmuş növbəti veriliş hazırlamışdır.
Budəfəki proqramda şəhərin tarix muzeyindəki sənədlərin bələdçiliyi ilə Daş dövründən başlayaraq, Gəncənin tarixinə nəzər yetiriləcəkdir. Verilişdə, həmçinin çar Rusiyasının şəhəri işğal etməsindən, onun müdafiəsində Cavad xanın qəhrəmanlığından, Gəncənin adının dəyişdirilməsindən bu günə qədər keçən dövrdən danışılacaqdır. Verilişdə şəhərin qədim memarlıq abidələri, Kukla teatrı, şəhər bazarı, II Dünya müharibəsinin iştirakçısı olmuş əsgərin tikdiyi şüşə ev haqqında maraqlı sujetlər də yer alacaqdır.
Veriliş fevralın 3-də Bakı vaxtilə saat 16.05-də TRT-TÜRK və saat 20.50-də TRT-İNT kanallarında nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]