Turizm və Menecment Universiteti ilə Balıkesir Universiteti birgə layihələr həyata keçirəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb.
ATMU-dan AZƏRTAC-a verilən məlumata görə, anlaşma memorandumu elm, tədris, mədəni sahələrdə sıx əməkdaşlığın qurulmasına təkan verməklə yanaşı, müştərək layihə və tədqiqatların aparılmasına, o cümlədən tələbə-müəllim mübadiləsinə imkan yaradacaq.
İmzalanma mərasimində çıxış edən ATMU-nun rektoru İlham Mədətov və Balıkesir Universitetinin rektoru Yücel Oğurlu anlaşma memorandumunun əməkdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə, birgə layihə və tədqiqatlar aparılmasının akademik mühitə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]