TÜRK-AMERİKAN KONQRESİNİN 25-Cİ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Türkiyənin dövlət naziri Gürşad Tüzmən, türk biznesmenlərin və hökumət dairələri nümayəndələrinin iştirak etdiyi konqresdə Türkiyə-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi üçün bəzi bürokratik əngəllərin aradan qaldırılmasından danışılmışdır. Birləşmiş Ştatların Ankaradakı səfiri Ross Uilson iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi zəruriliyini vurğulamışdır.
ABŞ dövlət katibinin keçmiş köməkçisi Mark Qrossman ölkəsinin PKK terror təşkilatı ilə mübarizə sahəsində daha böyük səylər göstərəciyini ön plana çəkmişdir.
ABŞ Prezidenti Corc Buş konqresə göndərdiyi təbrik məktubunda iki ölkə arasında əlaqələrin böyük potensialı olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]