Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Dövlətləri Təşkilatı tezliklə dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcək – ŞƏRH

Türk Dövlətləri Təşkilatı tezliklə dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcək –  ŞƏRH

Bakı, 1 noyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) yaxın illərdə təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə noyabrın 3-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının X yubiley sammiti barədə danışarkən bildirib.

“Son illər Türk Dövlətləri Təşkilatı tamhüquqlu beynəlxalq quruma çevrilib və hazırda bu təşkilatın icra orqanları, müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyət istiqamətləri formalaşır, bu proses yaxın vaxtlarda sürətlənəcək. Güman edə bilərik ki, bu qurum çərçivəsində bölgədə həm də təzahürləri artıq müşahidə edilməkdə olan davamlı təhlükəsizlik sistemi yaradılacaq. Düşünürəm ki, əgər belə bir tendensiya davam edərsə, - bu, demək olar heç bir şübhə doğurmur, - yaxın illərdə Türk Dövlətləri Təşkilatı təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi artım mərkəzlərindən birinə çevriləcək", - deyə politoloq bildirib. O deyib ki, rəqəmlər, həmçinin regiondan kənar oyunçuların türk dövlətləri ilə əməkdaşlığa olan marağı bunu sübut edir.

Ekspertin fikrincə, bu şərtlər baxımından türk əməkdaşlığı geosiyasi təlatümlər, dünya siyasəti və iqtisadiyyatındakı problemlər, bir çox əvvəlki regional strukturların tənəzzülə uğraması və ya səmərəliliyinin itirilməsi şəraitində son onilliklərin ən uğurlu layihələrindən biri olacaq. Bu müstəvidə Türk formatı yeni rol, dinamika qazanır, öz mexanizmlərini və strukturlarını möhkəmləndirir və təkmilləşdirir.

“Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir, çünki həm Mərkəzi, həm də Azərbaycan və Türkiyənin aid olduğu Cənub-Qərbi Asiya ölkələrini əhatə edir. Bu qurumda Macarıstan da müşahidəçi ölkə kimi təmsil olunur ki, bu da formatın kifayət qədər böyük olmasından xəbər verir. Türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 1,2-1,3 trilyon dollar həcmində qiymətləndirilir və bu, böyük məbləğdir. Ölkələrin ümumi ərazisi, səhv etmirəmsə, 4 milyon kvadrat kilometrdən çoxdur, əhalisi isə 250 milyondan artıqdır. Bu formatın inkişafı Avrasiya qitəsinin düz mərkəzində geniş coğrafiyada proseslərin inkişafı və ya proqnozlaşdırılması baxımından çox əhəmiyyətlidir", - deyə İlqar Vəlizadə vurğulayıb.

Son illərdə türk formatının əhəmiyyətli dərəcədə möhkəmləndiyini və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi ticarət dövriyyəsinin 30 milyard dollara yaxınlaşdığını deyən politoloq bunun hələ son hədd olmadığını bildirib. Vurğulayıb ki, tərəflər həm qarşılıqlı şəkildə, həm də TDT çərçivəsində ticarət dövriyyəsinin artırılması istiqamətində məqsədəuyğun vəzifələr müəyyənləşdirir və buna türk dövlətlərinin əlaqələrini artıran nəqliyyat layihələri kömək edir.

“Beynəlxalq təlatümlər fonunda, üstəlik, dünyada iqtisadi və siyasi proseslərin kifayət qədər proqnozlaşdırılmadığı bir vaxtda türk dövlətləri coğrafiyasında sabit siyasi və iqtisadi münasibətlər sistemi formalaşıb ki, bu da bu ölkələrə böyük Avrasiya qitəsində proseslərin inkişafı üçün sabitləşdirici amil kimi çıxış etməyə imkan yaradır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi səbəbindən əvvəlki nəqliyyat axınlarının artıq fəaliyyət göstərmədiyi və aktuallığını itirdiyi bir şəraitdə TDT ölkələrinin ərazisindən keçən Orta dəhlizin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artır, bu rabitə sistemi çərçivəsində yük dövriyyəsi isə çoxalır. Bu rabitə sisteminin özü son illərdə əhəmiyyətli dərəcədə inkişaf edir, yeni marşrutlar yaradılır. Bölgəmizdə Zəngəzur dəhlizini xüsusi qeyd etmək olar ki, bu dəhliz də özlüyündə Orta Dəhlizin səmərəliliyini artırır, iştirakçı ölkələrə nəqliyyat axınlarını və əlaqələrini şaxələndirməyə, həmçinin tranzit potensialını artırmağa imkan verir", - deyə politoloq bildirib.

O, bununla əlaqədar qeyd edib ki, Azərbaycan regionda Şimal-Cənub və Şərq-Qərb layihələrinin kəsişməsini təmin edən yeganə ölkədir. Buna görə də coğrafiyamızda türk dövlətlərinin qarşılıqlı əməkdaşlığı onların digər oyunçularla, xüsusən də Türk Dövlətləri Təşkilatına daxil olmayan Rusiya, İran və Gürcüstan kimi ölkələrlə iqtisadi və siyasi əlaqələrinin təmin edilməsi üçün şərtdir. Bununla belə, Azərbaycan türk dövlətlərinin birləşdiricisi rolunu oynayaraq, müxtəlif regionlar və regiondankənar böyük ölkələr arasında təbii əlaqələndirici kimi çıxış edir. Buna görə də türk formatının əhəmiyyətini nəzərə alsaq, o, daim artmaqdadır. Çünki bir tərəfdən bu format TDT-nin perimetri üzrə yerləşən müxtəlif regionlar arasında sabit qarşılıqlı əlaqəni təmin edir, digər tərəfdən isə Türk dünyası daxilində sabit və kifayət qədər səmərəli qarşılıqlı əlaqənin qurulmasına imkan yaradır", - deyə politoloq vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO