Türkiyə COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci sıradadır
İstanbul, 25 noyabr, AZƏRTAC
Türkiyə noyabrın 24-də açıqlanan COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci, ölüm sayına görə isə 11-ci sırada yer alıb. Pandemiya başlayandan indiyədək Türkiyədə koronavirusdan 12 min 672 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, verilən son məlumata əsasən, hazırda Türkiyədə ağır xəstə sayı 4 min 543 nəfərdir. Son günlər ölkənin Bursa, Kocaeli və Qaziantep vilayətlərində COVID-19-a yoluxanların sayında böyük artım müşahidə edilir. Ümumiyyətlə ölkə üzrə ən çox xəstə sayı isə İstanbulda qeydə alınıb.
Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində Türkiyədə kafe və restoranların fəaliyyəti yenidən dayandırılıb. Bu məkanlarda sadəcə satış işləri həyata keçirilir. Ölkədəki bütün ictimai-iaşə obyektləri, dövlət və özəl qurumlar müəyyən qrafik üzrə fəaliyyət göstərir. Türkiyənin 81 vilayətinin ictimai nəqliyyat vasitələri 24 saat nəzarətdə saxlanılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]