TÜRKİYƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TEZ BİR ZAMANDA HƏLLİNİ İSTƏYİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Baş nazir Rəcəb Tayyib Ərdoğan Bodrum hava limanında keçirdiyi mətbuat konfransında demişdir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını istəyir. O, təəssüflə bildirmişdir ki, ABŞ, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupunun 13 ildir davam edən vasitəçilik missiyası hələ də heç bir nəticə verməmişdir. Bu problemin tez bir zamanda həlli bölgədə sülhün və sabitliyin bərqərar olması baxımından olduqca əhəmiyyətlidir.
Qafqazda sabitlik və əməkdaşlıq platformasını Rusiya və Gürcüstanın dövlət başçılarına təqdim etdiyini və onların bu məsələyə müsbət yanaşdıqlarını deyən Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Türkiyə Azərbaycanın da bu platformaya qoşulmasını arzu edir. Bu təklifi gələn həftə Bakıya səfəri zamanı müzakirə edəcəyini də söyləyən Baş nazirin fikrincə, təklif etdiyi əməkdaşlıq platforması bölgədəki etnik münaqişələrin həllinə kömək edəcəkdir.
Rəcəb Tayyib Ərdoğan daha sonra demişdir: “Türkiyə, Gürcüstan və Azərbaycan üçlüyü Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi üç önəmli layihəni həyata keçirmişdir. Bu layihələr regional əməkdaşlığın bariz nümunəsidir. Əgər bu platformanı uğurla həyata keçirə bilsək, inanıram ki, bölgədə hər bir dövlət öz məsuliyyətini dərindən dərk edəcək və insanlar rifah və əmin-amanlıq içində yaşayacaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]