TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAHI XƏBƏRDARLIQ EDİR
Sənəddə deyilir: “Terrorçuların başlıca hədəfləri İraqdakı koalisiya qüvvələrini dəstəkləyən ölkələrdir. Bununla əlaqədar Avropanın bir çox şəhərlərində yeni terror aktları törədilə bilər”. Məruzədə xatırladılır ki, Böyük Britaniya, Türkiyə və İspaniyada zorakılıq əməlləri bu ölkələrin ABŞ-ın İraqdakı əməliyyatlarını dəstəklədiklərinə görə törədilmişdir.
Sənəddə diqqət ona da cəlb edilir ki, “Əl-Qaidə”nin beynəlxalq terror şəbəkəsi zorakılıq əməlləri törətmək üçün “rəmzi” obyektləri, məsələn, Amerikadakı Dünya Ticarət Mərkəzi və ya Türkiyədəki sinaqoqlar kimi obyektləri seçirlər. Bununla əlaqədar istisna deyildir ki, yeni teraktların əsas hədəfləri tarixi yerlər və ibadətgahlar olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]