Türkiyə Superliqası: “Qalatasaray” liderlə xal fərqini azaldıb
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 20-də Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün mərkəzi matçında “Qalatasaray” öz meydanında “Kayserispor”u sınağa çəkib. Matç 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Qalatasaray”ın heyətində Diane dubl edib, Naqatomo isə bir dəfə fərqlənib. Qonaqların yeganə qolunu isə Kravets vurub.
Beləliklə, bu qələbədən sonra xallarının sayını 59-a yüksəldən “Cim-bom” lider “Başakşəhər”lə xal fərqini ikiyə endirib. “Başakşəhər” rəqibinə nisbətən bir oyun az keçirib.
Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
“Trabzonspor” - “Yeni Malatyaspor” - 2:1
“Göztəpə” - “Ərzurum BB” - 0:1
“Akhisarspor” - “Antalyaspor” - 1:2