Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Göztəpə”ni məğlub edib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 22-də futbol üzrə Türkiyə Superliqasının XXIII turunun ilk görüşündə turnir cədvəlində 4-cü pillədə qərarlaşan “Trabzonspor” klubu səfərdə “Göztəpə”nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Bornova” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qonaqlar qalib gəlib. Qarşılaşmanın 27-ci dəqiqəsində Trabzon təmsilçisi Huqo Rodalleqanın vurduğu qolla hesab açılıb. Birinci hissə bu nəticə ilə yekunlaşıb. Meydan sahibləri isə görüşün 71-ci dəqiqəsində Deniz Kadahın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Lakin 2 dəqiqə sonra qonaqlar yenidən üstünlüyü ələ alıblar. Abdulkadir Parmak komandasının 2-ci qolunu vurub. Sonda isə “Göztəpə”nin futbolçusu Kadu 90-cı dəqiqədə öz qapısına qol vuraraq Trabzon təmsilçisinin qələbəsini rəsmiləşdirib. Beləliklə “Trabzonspor” səfərdə “Göztəpə”ni 3:1 hesabı ilə məğlub edib.
Qalibiyyət sayəsində xallarının sayı 36 olan “Trabzonspor” turnir cədvəlində 4-cü yerdədir. “Göztəpə” isə 25 xalla 13-cü pillədə qərarlaşıb. Turun digər oyununda isə “Rizəspor” öz meydanında “Yeni Malatyaspor”u 3:0 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]