TÜRKİYƏ VƏ RUSİYA ARASINDA TİCARƏT PROTOKOLU İMZALANACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda Türkiyənin dövlət naziri Hayati Yazıçı və Rusiya Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninov iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilmsinə dair hazırlanan protokolu müzakirə etmişlər.
Andrey Belyaninov jurnalistlərə açıqlamasında bildirmişdir ki, protokol Türkiyə hökuməti tərəfindən hazırlanır. Türkiyə mallarının Rusiya gömrüyüdən sadələşdirilmiş rejimdə keçməsini də təmin edəcək sənəd iki ölkə arasında ticarət dövriyəsinin artmasına səbəb olacaqdır.
Hayati Yazıçı isə bəyan etmişdir ki, Rusiya Türkiyə mallarının gömrükdən keçməsinə dair heç bir embarqo tətbiq etməmişdir. Onun sözlərinə görə, bu protokol gələn ay iki ölkənin hökumətləri tərəfindən imzalanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]