Türkiyə XİN: Kipr türklərinin təhlükəsizliyinin qorunması üçün zəruri addımlar atılacaq
Ankara, 2 sentyabr, AZƏRTAC
ABŞ-ın Kiprin yunan tərəfində tətbiq olunmuş silah embarqosunu aradan qaldırmaq qərarı adadakı iki xalq arasında bərabərliyi nəzərə almamaq deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibətinə dair açıqlamasında əksini tapıb.
Açıqlamada bildirilir ki, şübhəsiz, bu qərar Kipr məsələsinin həlli istiqamətindəki səylərə mənfi təsir göstərəcək. Şərqi Aralıq dənizində gərginliyin azaldılması üçün cəhdlərin edildiyi bir vaxtda ABŞ-ın bölgədə sülhü və sabitliyi pozan qərarı müttəfiqliyimizin ruhuna ziddir.
ABŞ-dan bu qərarı yenidən nəzərdən keçirərək bölgədə sülh və sabitlik naminə mövcud səylərə dəstək verməsi gözlənilir. Əks halda, Türkiyə zamin duran tərəf olaraq hüquqi və tarixi məsuliyyətə uyğun şəkildə Kipr türklərinin təhlükəsizliyini qorumaq üçün zəruri addımlar atacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]