Türkiyə XİN: Qara dənizdə türk tankerinə edilən hücumu böyük narahatlıqla qarşılayırıq
İstanbul, 26 mart, AZƏRTAC
Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, nazirlik açıqlamasında xam neft daşıyan, “ALTURA” adlı, Sierra Leone bayrağı altında üzən və türk şirkəti tərəfindən işlədilən tankerin bu gün Qara dənizdə məruz qaldığı hücumu böyük narahatlıqla qarşıladığını bildirib.
Mətndə deyilir: “Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır. Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam etdiririk”.
Bildirilib ki, bu çərçivədə, Türkiyə ölkənin bölgədəki iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq qanunlar əsasında zəruri tədbirlər görmək hüququnu da qorumaqdadır.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]