Türkiyədə 24 milyondan çox “Sinovac” vaksini tətbiq olunub
Ankara, 5 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə müəyyən olunmuş qrafik üzrə davam edir. Hökumət ölkə əhalisinin 3 misli sayında, yəni təxminən 240 milyon dozadan artıq peyvənd tədarük etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mayın 5-dək ölkədə 24 milyon dozadan çox vaksin tətbiq olunub. Bu sayın 10 milyon dozası iki dəfə peyvənd olanların payına düşür.
Qeyd edək ki, hazırda Türkiyədə əsasən Çindən alınan “Sinovac” vaksini ilə peyvəndləmə aparılır. Bu vaksinlə kütləvi peyvəndləməyə cari il fevralın 11-dən başlanılıb. Ekspertlər hesab edirlər ki, Türkiyədə COVID-19 virusuna qarşı risklərin azalması ölkədə 40 milyon şəxsin iki doza ilə peyvəndlənməsindən sonra baş verəcək. Hökumət xarici ölkələrdən vaksin almaqla bərabər virusa qarşı yerli peyvəndin istehsalı üçün də ciddi səylər göstərir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]