Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanılıb
Ankara, 22 iyul, AZƏRTAC
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə növbəti genişmiqyaslı əməliyyat nəticəsində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları 355 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı kanallarının təşkilində iştirak edən 25 şəxsi saxlayıb.
AZƏRTAC Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, yoxlamalar ölkənin 81 vilayətinin hər birində aparılıb.
Nazirliyin məlumatına görə, əməliyyatda 26 236 polis və jandarma əməkdaşı iştirak edib.
Qanunsuz miqrantlar tərəfindən istifadə edilə bilən 14 142 obyekt, o cümlədən 3 795 tərk edilmiş tikili yoxlanılıb. Sənədlərin yoxlanması 7447 ictimai yerdə və 449 terminalda aparılıb.
Türkiyədən qeyri-qanuni miqrantların çıxarılması proseduruna başlanılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]