Türkiyədə axtarışda olan mindən çox şəxs saxlanılıb
İstanbul, 28 noyabr, AZƏRTAC
Türkiyənin 81 vilayətində ölkə üzrə axtarışda olanların saxlanılması istiqamətində əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, “Çəmbər-7” adı altında aparılan əməliyyatların gedişində müxtəlif cinayətlərdə şübhəli hesab edilən 1034 nəfər saxlanılıb. Onların arasında on ildən artıq axtarışda olanlar, eləcə də terror təşkilatlarının üzvləri də var.
Əməliyyat Türkiyənin bir çox dövlət qurumunun birgə fəaliyyəti nəticəsində uğurla yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]