Türkiyədə baş verən zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub
Tbilisi, 7 fevral, AZƏRTAC
Türkiyədə baş verən zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət zonasında itkin düşmüş hesab olunan Gürcüstan vətəndaşları isə tapılıb. Onların olduqları bölgələr də müəyyən olunub.
Səfirlik təbii fəlakət zonasında olan vətəndaşların, eləcə də həlak olanların cənazələrinin Gürcüstana gətirilməsi istiqamətində fəal iş aparır.
Qeyd edək ki, Gürcüstan hökuməti də Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım edib. Türkiyəyə xilasedicilər göndərib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]