Türkiyədə bir gündə koronavirusdan 126 nəfər dünyasını dəyişib
Ankara, 17 aprel, AZƏRTAC
Türkiyədə bir gündə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 126 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virus qurbanlarının sayı 1769 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, epidemiya ilə bağlı vəziyyət barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. O bildirib ki, aprelin 17-də ölkə üzrə 40 min 270 nəfər üzərində test aparılıb. Onlardan 4 min 353 nəfərində infeksiya aşkarlanıb.
İndiyədək testdən keçirilənlərin sayı 558 min 413 nəfərə çatıb. Ümumilikdə 78 min 546 nəfər müalicəyə cəlb olunub. Hazırda 1845 nəfər reanimasiyadadır. Süni nəfəs aparatına 1014 xəstə qoşulub.
Bu vaxta qədər 8 min 631 nəfərin müalicəsi uğurlu olub. Aprelin 17-də 1542 nəfər sağalaraq evə buraxılıb. Bu gün sağalananların sayı dünənkindən 127, aprelin 15-dəki göstərici ilə müqayisədə 667 nəfər çoxdur.
Xatırladaq ki, aprelin 17-də yerli vaxtla saat 00:00-dan başlayaraq növbəti dəfə Ankara, İstanbul, İzmir, Kocaeli də daxil olmaqla ölkənin 31 vilayət üzrə iki gün müddətinə komendant saatı tərtib ediləcək. Ötən həftənin cümə günü ilk dəfə tətbiq olunan evdən çıxmaq qadağasının aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100 illiyi ilə əlaqədar qarşıdakı həftə üçün 4 gün olacağı gözlənilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]