Türkiyədə güclü qar böyük problemlər yaradıb
Ankara, 16 yanvar, AZƏRTAC
Güclü qarın davam etməsi və temperaturun aşağı düşməsi Türkiyədə böyük problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, son günlər Anadolu bölgəsində havaların kəskin dəyişməsi təsərrüfatın idarə olunmasında və nəqliyyatın hərəkətində yaratdığı çətinliklər durmadan artır.
Havaların soyuması evlərdə elektrik enerjisinin və qazın sərfini artırıb. Şoselərdə və şəhərarası yolların buz bağlaması, eləcə də qatı duman qəzaların çoxalmasına səbəb olub. Təcili yardım, yanğınsöndürən və digər xidmətlərə dair maşınlar yolların qarla bağlı olması və sürüşkənliyi səbəbindən çağırış yerinə gedərkən çətinliklərlə qarşılaşır.
Qars vilayətində qarın qalınlığı bəzi yerlərdə yarım metrdən çoxdur. Bu səbəbdən də 51 kəndlə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.
Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyini bildirirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]