Türkiyədə İğdır bələdiyyəsinin sədri terrorçuluğa dəstək ittihamı ilə həbs olunub
Ankara, 15 may, AZƏRTAC
Türkiyədə İğdır bələdiyyəsinin sədri Yaşar Akkuş PKK/KCK terror təşkilatlarına dəstək verməkdə ittiham olunaraq həbs edilib.
AZƏRTAC xəbər verir ki, İğdır Baş Prokurorluğunun sanksiyası ilə həbs edilən bələdiyyə sədri terror təşkilatının aksiyalarında iştirak etmə, terrorçuluğu təbliğ etmə kimi əməllərdə ittiham olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara