Türkiyədə koronavirusa görə testdən keçənlərin sayı 1.5 milyon nəfəri ötüb
Ankara, 14 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirlərinə baxmayaraq, yoluxma və ölüm halları tam aradan qalxmayıb.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 14-də ölkə üzrə 34 min 821 nəfər testdən keçirilib. Onlardan 1635 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 2315 nəfər sağalıb, 55 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 104 min 30, ölənlərin sayı isə 4007 nəfərə çatıb.
Bu vaxtadək ölkə üzrə 1 milyon 508 min 824 nəfər testdən keçirilib. Onlardan 144 min 749 nəfər müalicəyə cəlb olunub. Hazırda 963 nəfər reanimasiyada, 508 xəstə süni nəfəs aparatındadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]