Türkiyədə koronavirusa yoluxma və ölüm sayı artmaqdadır
Ankara, 26 noyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempi bütün ölkə üzrə kütləvi xarakter alıb. Hazırda İstanbul, Kacaeli, Bursa və İzmirdə virusun yayılması üçüncü zirvə nöqtəsinə çatıb. Ölkə üzrə 15 vilayətdə yoluxma dərəcəsində 50 faiz artım var. Epidemiyanın yayılma riskini azaltmaq üçün əhali tələb olunan qaydalara əməl etməli, təhlükənin ciddiliyinə məsuliyyətlə yanaşmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Koronavirus peyvəndinin əldə edilməsi və tətbiqi ilə bağlı Türkiyədə görülən işlərlə bağlı məlumat verən nazir bildirib ki, yerli istehsal peyvənd 44 könüllüyə tətbiq edilib.
Qeyd edək ki, noyabrın 25-də Türkiyədə 164 min 547 nəfər testdən keçirilib. Gün ərzində bu xəstəlikdən 168 nəfər ölüb, 3 min 911 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 460 min 916 nəfərdə virus aşkarlanıb, 12 min 672 nəfər ölüb. Hazırda gündəlik yoluxma və ölüm halında sürətli artım müşahidə olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]