Türkiyədə koronavirusdan bir gündə 48 nəfər vəfat edib
Ankara, 15 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 15-də ölkə üzrə 38 min 565 nəfər testdən keçirilib. Onlardan 1708 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 2 min 103 nəfər sağalıb, 48 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 106 min 133, ölənlərin sayı isə 4 min 55 nəfərə çatıb.
Bu vaxtadək ölkə üzrə 1 milyon 547 min 389 nəfər testdən keçirilib. Onlardan 146 min 457 nəfər müalicəyə cəlb olunub. Hazırda 944 nəfər reanimasiyada, 490 xəstə süni nəfər aparatındadır.
Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə mayın 16-dan başlayaraq növbəti dəfə dörd günlük evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]