TÜRKİYƏDƏ NƏŞR EDİLMİŞ “GƏLİNLİK PALTARI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Mərkəzin rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazıçının yaradıcılığından danışmış, “Gəlinlik paltarı” əsərində real həyat hadisələrinin, cəmiyyətdə baş verən mənəvi proseslərin obyektiv şəkildə əks olunduğunu bildirmişdir.
Tərcüməçi Yasemin Bayer tərəfindən türk dilinə çevrilən romanın əhəmiyyətini vurğulayan natiq, onun qardaş ölkədə də böyük rəğbətlə qarşılanacağına əmin olduğunu söyləmişdir.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirmişdir ki, yazıçının əsərlərində sağlam mənəvi mühitin qorunmasının vacibliyi ön plana çəkilir, insanlara pak və nəcib duyğular aşılanır.
Tərcüməçi Yasemin Bayer romanın ideya-tərbiyəvi əhəmiyyətindən danışmış, xoş arzularını çatdırmışdır.
Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və digər natiqlər də H.Mirələmovun yaradıcılığının məziyyətlərindən bəhs edərək, yaratdığı obrazların real həyatdan gəldiyini söyləmiş, yazıçıya yeni yaradıcılıq uğurları arzulamışlar.
Müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.