TÜRKİYƏDƏ RUS DİLİNDƏ XƏBƏRLƏR PROQRAMI YAYIMLANACAQ
Layihənin müəlliflərindən biri yeddi il əvvəl Türkiyə vətəndaşlığı almış rusiyalı Tatyana Liskinadır. O demişdir: “Antalyada min nəfərə yaxın Rusiya vətəndaşı yaşayır və onların sayı günbəgün artır. Proqram tamaşaçılara Rusiyada və Türkiyədə baş verən son xəbərləri çatdıracaqdır”.
12 ildən bəri Antalyada fəaliyyət göstərən telekanalın rəhbərliyinin fikrincə, rus dilində yayım zərurəti çoxdan meydana gəlmişdir. İndi vilayətin rusdilli sakinləri Rusiyada baş verənlər barədə operativ məlumat alacaqlar. Bundan əlavə, yeni layihə Rusiya turistləri arasında kurort şəhərinin populyarlığını artıracaqdır”.
Kanalın xəbərlər proqramının redaktoru Seyfulla Bolat bildirmişdir ki, Türkiyə Televiziya və Radio Yayımları Ali Şurasının qərarı ilə rus dilində xəbərlər, əcnəbi dillərdə yayımlanan bütün digər verilişlər kimi, türk dilində subtitrlərlə müşayiət olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]