Türkiyədə təlim helikopterinin qəzaya uğraması səbəbləri araşdırılır
Ankara, 22 iyul, AZƏRTAC
İyulun 22-si səhər saatlarında Türkiyənin Ankara vilayətinin Temelli rayonunda R44 təlim helikopteri qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində pilot, təqaüddə olan polkovnik Yasaözden Bakkalbir həlak olub, daha bir pilot - Türkiyə Hərbi Hava Qüvvələrinin kapitanı Bilgehan Kurtoğlu yaralanıb.
Əraziyə çoxsaylı xilasetmə qrupu, yanğınsöndürənlər və polis göndərilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek Ankarada qəzası ilə əlaqədar cinayət işi açıldığını bildirib.
Ədliyyə qəzada həlak olan Yasaözden Bakkalın ailəsinə və dostlarına başsağlığı verib. Yaralı, Türkiyə Hərbi Hava Qüvvələrinin kapitanı Bilgehan Kurtoğlunun vəziyyəti sabitdir.
Nazir qəzanın səbəbinin tam araşdırılacağına əminliyini bildirib.
R-44 helikopteri iyulun 22-də yerli vaxtla saat 10:02-də Ankara-Eskişehir magistral yolunun yaxınlığındakı Temelli rayonunda qəzaya uğrayıb.
Helikopter TUSAŞ müdafiə şirkətinin ərazisindən havaya qalxaraq təlim uçuşu həyata keçirirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]