Türkiyədə və İraqın şimalında PKK terror təşkilatına ağır zərbə vurulub
Ankara, 4 iyul, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilən antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının daha bir təhlükəli üzvü məhv edilib.
AZƏRTAC Türkiyə Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, Tunceli vilayətinin Ovacık bölgəsində aviasiya dəstəyi ilə keçirilən əməliyyat zamanı zərərsizləşdirilən iki terrorçudan birinin axtarışda olduğu müəyyənləşdirilib. “Sefkan Mardin” ləqəbli Ferhat Ateşinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 71 min ABŞ dolları) məbləğində mükafat vəd olunmuşdu.
Ölkə daxilində keçirilən antiterror əməliyyatları nəticəsində cari ilin altı ayında ümumilikdə 562 terrorçu zərərsizləşdirilib. Onlardan 40 nəfəri barəsində axtarış elan edilmişdi. Dörd nəfər isə terror təşkilatlarının aparıcı şəxsləri olublar. Bu əməliyyatlar nəticəsində terror təşkilatlarına məxsus sığınacaq və düşərgələr, təlim yerləri, silah anbarları məhv edilib. Narkotik tərkibli bitkilərin əkildiyi böyük plantasiyalar və silah-sursat ələ keçirilib.
Milli Müdafiə Nazirliyinin iyulun 4-nə olan məlumatında bildirilir ki, İraqın şimalında həyata keçirilən “Pəncə-Qaplan” antiterror əməliyyatı çərçivəsində daha üç nəfər PKK terrorçusu məhv edilib, təşkilata məxsus cəbbəxana ələ keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]