TÜRKİYƏDƏ ZƏLZƏLƏ
Fevralın 3-də yerli vaxtla saat 9.11-də Türkiyənin cənub-qərbində, Afyon vilayətinin Balvadin rayonunda Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş vermişdir. Təbii fəlakət nəticəsində 45 nəfər həlak olmuş, 350-dən çox adam yaralanmışdır. 150-dək bina dağılmış, elektrik xətləri zədələnmişdir. Məktəblərdə 5 günlük tətil elan olunmuşdur.
Türkiyənin baş naziri Bülənd Ecevit, nazirlər kabinetinin üzvləri zəlzələ bölgəsinə gedərək, xilasetmə işlərinin aparılması ilə tanış olmuşlar. Hökumət təbii fəlakət bölgəsinə büdcədən təxminən yarım milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır.
Ölkənin Qızıl Ay Cəmiyyəti zərərçəkənlərə 2 min çadır, 5 səyyar mətbəx, dava-dərman və tibb ləvazimatı, qida məhsulları göndərmişdir.
Türkiyə hökuməti xarici ölkələrin yardım barədə təkliflərinə dərin təşəkkürünü bildirirək, buna ehtiyac duyulmadığını vurğulamışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]