Türkiyəli pilot Formula 2 komandası ilə müqavilə imzalayıb
Bakı, 12 yanvar, AZƏRTAC
Formula 2 üzrə dünya çempionatında ilk dəfə türkiyəli pilot mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Cem Bölükbaşı 2022-ci il mövsümündə “Charouz Racing” komandasında çıxış edəcək.
İyirmi üç yaşlı pilot ötən mövsüm “Asian Formula 3”ün qış seriyasında və “Euroformula Open” yarışında mübarizə aparıb.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]