Türkiyənin aparıcı KİV-ləri AZƏRTAC-ın əməkdaşının açıqlamasını yayıb
İstanbul, 30 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı ölkənin aparıcı KİV-lərinə Ermənistanın türklərə qarşı düşmənçiliyinin hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
Osmanlı dövlətinin Baş Naziri Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə qoyulmasının səbəblərindən bəhs olunan açıqlama www.iha.com.tr, www.tgrthaber.com.tr, www.habersitesi.com, www.gorevimizvatan.com və digər saytlarda yayılıb.
Türkdilli oxucuların diqqətinə çatdırılır ki, erməni terrorçuya abidənin qoyulması türklərə qarşı əsassız düşmənçilyin nəticəsidir. Açıqlamada qeyd olunur ki, Azərbaycanın işğal altındakı əraziləri azad edilməyənə, Xocalı soyqırımı tanınmayana, Tələt Paşanın şəxsiyyətini təhqir edən abidə uçurulmayana qədər təcavüzkar dövlətlə Azərbaycan və Türkiyənin əməkdaşlıq etməsi mümkün olmayacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul