Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, martın 9-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıdan yola düşməzdən əvvəl, Heydər Əliyev adına Beynəlxalq hava limanında Azərbaycan Televiziyasının (AzTV) müxbirinə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- Hörmətli Baş nazir, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumundan razısınızmı?
- Hər şeydən əvvəl, ekran qarşısında bizi izləyən bütün azərbaycanlı qardaşlarıma şəxsən öz adımdan və millətim adından ən səmimi salam və sevgilərimi bildirmək istəyirəm.
Antalyada keçirdiyimiz toplantıdan sonra Türkiyə və Azərbaycan diasporlarının ilk dəfə Bakıda foruma toplanması bizim üçün çox əhəmiyyətlidir. Mən bu gün keçirilən tədbirin təşkilindən çox razıyam. Böyük bir salonun tam dolması, dünyanın yüzdən çox ölkəsindən diaspor nümayəndələrinin bu foruma qatılması gələcəyə olan ümidlərimizi artırdı. Bundan çox məmnunam. Təbii ki, gələcəkdə bu təşkilatlanmanın davam etdirilməsinin böyük faydası olacaqdır. Forumun Katibliyinin yaradılmasının da böyük faydası var. Düşünürəm ki, ən azı ildə bir dəfə toplaşmaq faydalı olar. Çünki bütün dünyadakı türkdilli diasporların birliyinin yaradılmasında bunun böyük faydası vardır.
- Cənab Baş nazir, forumun gələcək hədəflərini necə görürsünüz? Yəni hansı nəticələri əldə etmək mümkündür?
- Bayaq dediyim birliyi gerçəkləşdirsək, Katiblik yaxşı çalışarsa, dünyanın harasında olursa-olsun, - bilirsiniz ki, türklərin əleyhinə bir neçə kampaniyalar var, bunlar xüsusilə erməni diasporunun apardığı kampaniyalardır, - bizə qarşı kampaniyalara vahid güc birliyi yaratmaq lazımdır. Onların diasporları necə kampaniya aparırsa, bizim diasporlar da dünyanın müxtəlif yerlərində belə kampaniyalar aparmalıdır. Bunları etmək lazımdır. Təbii ki, bunun siyasi gələcəyi vardır. Bundan başqa, iqtisadi dirçəlişə nail olmaq lazımdır. Öz mədəniyyətimizi, türk xalqlarının mədəniyyətini dünyanın ayrı-ayrı yerlərində təbliğ etmək imkanı var. İnanıram ki, diasporlar yaşadıqları yerlərdə güclənərək, mütəşəkkilləşərək, o ölkələrlə bizim ölkələrimiz arasında bir körpü rolunu oynayaraq, xalqlarımızın bir-biri ilə sıx bağlanmasının təmin edilməsində çox böyük rol oynayacaqdır. Bu baxımdan foruma çox böyük önəm verirəm.
- Cənab Baş nazir, bu gün Azərbaycan və Türkiyənin Avropa Şurasında əlaqələndirmə qrupu var. Bütövlükdə, digər başqa beynəlxalq təşkilatlarda bu cür əməkdaşlıq mümkündürmü? Siz bunu necə qiymətləndirirsiniz və bu, səmərəlidirmi?
- Bu məsələdə məsuliyyətimizi hiss edirik. Necə ki, Türkiyə olaraq biz istər Avropa Parlamentində, istərsə də Avropa Şurasında Azərbaycanla bağlı bəzi məsələlərdə çox ciddi lobbiçilik fəaliyyəti göstərdik. Bu lobbiçilik fəaliyyətindən kənarda da uğur qazandıq və beləliklə, azərbaycanlı qardaşlarımız haqqında mənfi qərar çıxarmaq istəyən ermənilər uğur qazana bilmədilər. Haqq öz yerini tutdu, ədalət qələbə çaldı. Bundan sonra da biz hər zaman tədbirli olmalıyıq, arxayınlaşmamalıyıq. Çünki ermənilər əməllərini hər zaman edə bilərlər. Amma biz davamlı inkişaf etsək, birlikdə olsaq, haqsızlıqlar baş verdiyi zaman onlara qarşı tədbirimizi görə bilərik, mübarizəmizi apararıq.
- Siz Azərbaycan və Türkiyənin sivilizasiyalararası dialoq məkanına çevrilməsi perspektivini necə görürsünüz?
- Bu, son dərəcə önəmlidir. İstər Türkiyənin, istərsə də Azərbaycanın bir çox sahələrdəki qeyri-hökumət təşkilatları bir-biri ilə əlaqədə olmalıdır. Onların bir araya gəlmələri vacibdir. Bu, zaman-zaman Türkiyədə olmadı, zaman-zaman Azərbaycanda olmadı, başqa ölkələrdə də olmadı. Məsələn, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, hətta Şimali Kiprdə, Tacikistanda da bu fəaliyyəti göstərməyimiz lazımdır. Elə olmalıdır ki, artıq bizim bir-birimizlə olan qardaşlıq əlaqələrini heç kim poza bilməsin. Keçmişdə aramızda bəzi problemlər ola bilər və bəzi anlaşılmazlıqlar ola bilər. Bunların hamısını kənara atmalıyıq, sülh dövrünə qədəm qoymalıyıq. Çünki qardaşlar barışıqda olar, qardaşlar küsülü olmaz. Mövlananın bir sözü var ki, dünən dünəndə qaldı, bu gün yeni bir şey söyləmək lazımdır. Bəli, indi biz yeni bir şeylər söyləyəcəyik və qardaşlıq şəraitində gələcəyə doğru gedəcəyik.
- Cənab Baş nazir, siz Azərbaycan Prezidenti İlham Əliyevin dövründə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasını necə dəyərləndirirsiniz?
- Əvvəllər, mərhum Heydər Əliyevin dövründə mən partiyanın sədri idim. Bizim aramızda əlaqə yaranmışdı. O, əbədiyyətə qovuşduqdan sonra qardaşım İlham Əliyevlə çox isti münasibətlər qurduq. Hazırda Türkiyə-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və aramızdakı hərbi, siyasi, iqtisadi, ticari və mədəni əlaqələr davamlı olaraq genişlənir. Belə zənn edirəm ki, hazırda türk iş adamları Azərbaycandakı fəaliyyətinə görə Almaniyadan sonra ikinci yerdədirlər. Amma biz çalışırıq, inşallah, birinci yerə çıxacaqlar.
Eyni zamanda, mədəniyyət, təhsil sahələrində çox ciddi inkişaf var və bunu daha da genişlləndirəcəyik. Həm də aramızdakı sevgi, hörmət telləri çox sıxdır. Baxın, bu gün Bakıda yerləşən səfirlik binalarından ən müasirini, ən gözəlini tikib istifadəyə verdik. Niyə? Ona görə ki, bu, belə olmalıdır, aramızdakı siyası əlaqələrin daha sıx və güclü olması lazımdır. Səfirlikdə güclü bir komanda olmalıdır. Bu, Azərbaycanı ürəkdən sevən, Azərbaycan-Türkiyə əlaqələrinə ciddi fikir verən komanda olmalıdır. Eyni zamanda, Azərbaycanın Türkiyədəki səfirliyi də çox önəmlidir. Onların da orada bizimlə davamlı təmas yaratması lazımdır və hazırda bunun öhdəsindən gəlinir. Bu, bizi çox sevindirir.
Mənim Baş nazir olmağım, qardaşım İlham Əliyevin Prezident olması baxımından aramızda heç bir sıxıntı yoxdur, biz qardaşıq. Hadisələrə belə baxırıq və deyirik ki, biz birlikdə daha da inkişaf edəcəyik. Biz daim inkişaf içində olacağıq. Hazırda ölkələrimiz arasında xarici ticarət dövriyyəsinin həcmi çox böyükdür. Biz hakimiyyətə gəldiyimiz zaman çox geridə idi, yox dərəcəsində idi. Amma indi çox irəlidədir. İnşallah, Azərbaycana sərmayə qoyuluşunda da irəliyə gedəcəyik.
Siz də bilirsiniz ki, Bakı-Tbilisi-Ceyhan aramızda çox önəmli bir əlaqə yaratdı, o, bizi bir-birimizə daha sıx bağladı. Bunun ardınca, “Şahdəniz” layihəsi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ikinci möhkəm əlaqə yaratdı. Bunlar qardaşlıq əlaqələrinin bəhrəsidir. Hazırda üçüncü əlaqəni yaradırıq. O da tarixi İpək yolunun gələcəyə istiqamətlənən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu dəmir yolu Asiyanı Avropa ilə bağlayacaqdır. Bu, çox önəmli bir məsələdir. Buradan Çinə qədər uzanacaq, o biri tərəfdən isə Avropayadək uzanacaqdır. Hazırda biz Bosfor boğazında yeni keçid sistemini tamamlayırıq. Bunların hamısı bir-birinə bağlanacaqdır. İnşallah, bu ilin iyulunda dəmir yolu xəttinin təməlini qoyacağıq. Bilirsiniz ki, bir müddət əvvəl Gürcüstanda görüşdük, saziş imzaladıq və iyulda təməlini qoyacağıq. Buna hazırlıq görürük. Dəyərli Cümhurbaşqanımızla, qardaşımızla bu yöndə fəaliyyətimiz çox sürətli idi və daha da sürətlənəcəkdir.
-Siz Azərbaycan Prezidenti İlham Əliyevi qardaşım adlandırırsınız. Bir-birinizə qardaş deyirsiniz. Onu siyasi lider kimi necə xarakterizə edərdiniz?
-Mən onu çox güclü hesab edirəm. Keçən hər gündə təcrübəsi ilə gücünü daha da artırır. Bilirsiniz, siyasi liderlər fəaliyyətləri nəticəsində biliklərini inkişaf etdirməklə bərabər, təcrübələri ilə də nəzərəçarpan bir zənginlik qazanırlar. Onu da deyim ki, hazırda iqtisadi baxımdan da, Azərbaycan Allahın bəxş etdiyi xam neft və təbii qaz sahəsində də çox ciddi gücə sahib olur. Bu da Azərbaycanın mövqeyini daha da gücləndirir. İnşallah, xalqın rifahı günbəgün daha da artacaqdır. Hazırda inkişaf sürəti çox yüksəkdir. İnflyasiya səkkiz faiz civarındadır. İnanıram ki, inkişaf sayəsində inflyasiya da aşağı düşəcəkdir və xalqın gəlirləri artdıqca, Azərbaycan dövlətin və millətin birliyi ilə daha güclü olacaqdır. Azərbaycan yüksəlişdədir və hər tərəfdə inkişaf gedir. İnanıram ki, Azərbaycan xalqı öz lideri, qardaşım İlham Əliyevlə birlikdə məqsədinə çatacaqdır.
- Cənab Baş nazir, Türkiyənin xarici siyasətində Azərbaycan hansı yeri tutur və onun mahiyyəti nədən ibarətdir?
- Bir az əvvəl söylədim, xüsusi bir yeri var. Ona görə səfirliyimizə belə gözəl bina tikdik. Bu, verdiyimiz önəmdən irəli gəlir. Biz siyasətdə eyni mövqedən çıxış edirik. Bütün beynəlxalq təşkilatlarda atılan addımlarda - istər Avropa Parlamentində, istər Avropa Şurasında, istərsə də NATO ilə münasibətlərin qurulmasında Türkiyə hər zaman Azərbaycanın yanında olmalıdır. Biz bu məsələlərdə Azərbaycanı heç zaman tək qoymayacağıq.
- Cənab Baş nazir, sizcə, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsi üçün hansı işlər görülməlidir?
- Hazırda əlaqələrimizi şaxələndirmək lazımdır. Bizim Avropa bazarlarında satdığımız sənaye məhsullarımız var. Biz bu sənaye məhsullarımızın da Azərbaycana daxil olmasını istəyirik. Bununla yanaşı, bizim inşaat sektorunun, xüsusilə tikinti materiallarımızın çox güclü bazarı var. Bu sahədə dəstəyimiz ola bilər. Qida, toxuculuq sənayesi sahələri də faydalı ola bilər. Televiziya, elektrik və elektron cihazları istehsalında da yaxşı mövqedəyik. Hazırda biz Avropanın televiziya bazarında müəyyən gücə sahibik. Yəni bu sahələrdə Azərbaycan bazarında Türkiyənin çox önəmli yerə sahib olacağına əminəm. Turizm sektoru da yaxşıdır. Bu işdə müştərək fəaliyyətimizin olması lazımdır. Təhsil, səhiyyə xidmətləri sahələrində də Türkiyə yaxşı vəziyyətdədir. Düşünürəm ki, bu istiqamətlərdə birlikdə çalışmağımız faydalıdır. Yəni, bütün bunları genişləndirməyimiz mümkündür.
JURNALİST: Cənab Baş nazir, müsahibəyə görə çox sağ olun.
RƏCƏB TAYYİB ƏRDOĞAN: Mən də çox təşəkkür edirəm. Bütün azərbaycanlı qardaşlarımı qarşıdan gələn Novruz bayramı münasibətilə bəri başdan təbrik edirəm. İnşallah, bu Novruz bayramı birliyimizə, bərabərliyimizə yeni güc verəcəkdir. Hamınızı öz adımdan və millətim adından ən səmimi duyğularla bir daha salamlayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb