Türkiyənin ilk insanabənzər robotu evdar xanımlara kömək edəcək
Bakı, 14 mart, AZƏRTAC
Türkiyənin ilk insanabənzər “Ada” adlı robotu ev xanımlarının ən böyük köməkçisi olacaq.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Ada” qəhvə hazırlama, yemək bişirmə, qabyuyan maşın və soyuducunu proqramlaşdırma kimi bir çox işi yerinə yetirəcək.
Robotu istehsal edən “Akınsoft” şirkətinin idarə heyətinin rəhbəri Özgür Akın bildirib ki, bu kimi vasitələr şirkət tərəfindən təkcə sənaye sahələrində deyil, daha çox insanlara xidmət etmək üçün hazırlanır. Bu robot bir ev xanımı qədər olmasa da ilk etapda onlara köməkçi ola, soyuducunu, qabyuyan maşını programlaşdıra, qəhvəni və ya digər yeməkləri hazırlaya biləcək.