Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır
Bakı, 3 sentyabr, AZƏRTAC
Avqustun 20-si saat 15:00-dan etibarən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi sentyabrın 7-si saat 12:00-da dayandırılacaq.
Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [17:35]
Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?
- 03.09.2026 [17:18]
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb
- 03.09.2026 [16:55]
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub
- 03.09.2026 [15:39]
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir
- 03.09.2026 [13:51]