Türkiyənin “Kanuni” gəmisi qısa vaxtda Qara dənizdə kəşfiyyat işlərinə başlayacaq
Ankara, 14 noyabr, AZƏRTAC
Türkiyənin sayca altıncı kəşfiyyat-axtarış gəmisi olan “Kanuni” ən qısa zamanda Qara dəniz bölgəsində fəaliyyətə başlayacaq.
AZƏRTAC Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, gəmi hazırda Filyos bölgəsində fəaliyyətə hazırlanır. Bildirilir ki, gəminin qülləsi, qazma qurğuları və digər hissələri ən qısa vaxtda montaj olunacaq.
Qeyd edək ki, TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) tərəfindən idarə olunacaq uzunluğu 227 metr, eni 42 metr olan “Kanuni” ən müasir texnologiyalarla təchiz edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]