Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin texnoloji inkişafının tarixi və müasir aspektləri – məqalə

Türkiyənin texnoloji inkişafının tarixi və müasir aspektləri – məqalə

Bakı, 29 aprel, AZƏRTAC

1923-cü ildə Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyətin qurulmasından sonra zəifləmiş ölkə iqtisadiyyatının bərpası üçün sənayeyə fokuslanma prosesi başlandı. İnsan resurslarının əhəmiyyətli bir hissəsini itirmiş, böyük xarici borc yükü olan ölkənin qarşısında xarici kapitalın nəzarətində olan sektorların dirçəldilməsi üçün mədəni, elmi və iqtisadi infrastrukturun yetərli olması böyük bir zərurət kimi dayanırdı.

Bu fikirlər Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidovun "Türkiyənin texnoloji inkişafının tarixi və müasir aspektləri" sərlövhəli məqaləsində yet alıb. AZƏRTAC yazını təqdim edir.

1933-cü ildə “Planlı İnkişaf Modeli”nin həyata keçirilməsinə və mədən, kağız, keramika, şüşə və kimya sənayesinə investisiya qoyuluşuna üstünlük verildi. Həmin illərdə Qərbdə yaşanan siyasi problemlərə görə Türkiyəyə çoxlu əcnəbi alim gəldi, təhsilə və elmə töhfə vermək üçün Türkiyə universitetlərində işlə təmin olundular. Ötən əsrin 50-ci illəri dövlətin daha çox infrastruktur investisiyalarına diqqət yetirdiyi dövr hesab oluna bilər. Həmçinin texnologiya tutumlu investisiyalarda özəl sektoru dəstəkləyən strategiyalara da üstünlük verilirdi. Bununla belə, özəl sektora kifayət qədər kapital qoyuluşunun olmaması dövlət müəssisələrinin inkişafını və dövlətin bu proseslərə rəhbərliyini zəruri edirdi. Həmin dövrdə Türkiyə Sənaye və İnkişaf Bankının yaradılması və özəl sektorun xarici kreditlər hesabına dəstəklənməsi də inkişafa təkan verən amillərdən biri oldu. 1960-cı ildən sonrakı dövrdə artıq inkişaf planları ilə yanaşı, texnologiya strategiyaları ön plana çıxmağa başladı. İdxal əvəzedici sənayeləşmə strategiyalarının qüvvədə olduğu 60-ci illər dövrünün ən fərqli xüsusiyyəti TÜBİTAK və daha sonra Mərmərə Araşdırma Mərkəzinin qurulması ilə dövlət qurumları və universitetlərdə tədqiqatların inkişafına üstünlük verilməsi idi. Məhz bu dövrdə ekspert və tədqiqatçıların hazırlanması üçün xeyli sayda kadrlar xaricə göndərildi. Beləliklə, TÜBİTAK-ın timsalında universitetlər xaricində texnologiya ilə məşğul olan bir təşkilatın yaradılması texnologiyaların inkişafına əhəmiyyətli töhfə verdi. TÜBİTAK vasitəsilə tədqiqatçılara dəstək verilməklə texnologiyanı inkişaf etdirəcək mütəxəssislər yetişdirildi.

1974-cü il Kipr Sülh Əməliyyatından sonra Türkiyəyə qarşı tətbiq edilən iqtisadi embarqolar texnologiyaların daxili istehsalı ilə bağlı mühüm qərarlara gətirib çıxardı və xüsusilə müdafiə sənayesində ciddi addımlar atıldı. 70-ci illərdə “TUSAŞ” və “ASELSAN” kimi böyük texnologiya şirkətləri yaradıldı.1954-cü ildə Xarici Sərmayə Qanununun qüvvəyə minməsindən sonra - 1950-1980-ci illər arasında texnologiyalar sahəsində Türkiyəyə 200 milyon dollarlıq xarici kapital daxil oldu.

İxracyönümlü sənayeləşmə siyasətinin ön plana çıxdığı 80-ci illərin ən mühüm nailiyyətlərindən biri Türkiyənin ilk hərtərəfli elm və texnologiya üzrə strateji sənədi olan “Türkiyə Elm Siyasəti: 1983-2003”ün qəbul edilməsi oldu. İqtisadi və sosial inkişaf və milli təhlükəsizlik məqsədlərinə uyğun elm və texnologiya sahəsində strategiyaların həyata keçirilməsi, o cümlədən tədqiqat və inkişaf fəaliyyətlərinin müəyyən edilməsi və əlaqələndirilməsi üçün Elm və Texnologiya Ali Şurası yaradıldı.

Türkiyədə ötən əsrin 80-ci illərindən etibarən “azad bazar” anlayışı ilə rəqabət qabiliyyətinin artırılmasına əsaslanan siyasət formalaşdırıldı və nəticədə lisenziya və texniki yardım müqavilələri əsasında müəyyən sahələrə aid texnologiyaların transferi prosesi vüsət almağa başladı.

1990 və 2000-ci illər arasında olan dövrü Türkiyədə texnologiya və innovasiya siyasətlərinin formalaşmasında yeni bir inkişaf prosesinin başlandığı dövr kimi xarakterizə etmək olar. Bu illərdə Kiçik və Orta Sənaye Müəssisələrinin İnkişafı və Dəstək İdarəsinin (KOSGEB) qurulması və 1990-cı illərin ikinci yarısından sonra kiçik və orta sənayedə innovasiya, texnologiya transferi və tədqiqat və inkişaf fəaliyyətlərinin maliyyələşdirilməsində mühüm işlərin aparıldığı müşahidə olunur. Bu dövrdə milli innovasiya sisteminin yaradılması üzrə işlər sürətləndirilmiş və bu istiqamətdə sistemli və hərtərəfli strategiyalar işlənib hazırlanmış və hökumətə təkliflər verilmişdir. Bu dövrdə, həmçinin elm və texnologiya infrastrukturuna yönəlmiş əsas hüquqi tənzimləmələr (patent, akkreditasiya və s.) həyata keçirildi. 1990-cı illərin ən mühüm inkişaflarından biri olaraq vurğulanan milli innovasiya sisteminin struktur bloku sayılan tədqiqat və inkişaf investisiyalarının maliyyələşdirilməsi istiqamətində bir çox layihələr icra edildi. 1990-cı illərdən etibarən ilk peyklər və G (nəsil) texnologiyaları yaradıldı və 2016-cı ilə qədər isə artıq 4,5 G texnologiyalar tətbiq edildi. 2000-ci illərdən sonra xarici kapital qoyuluşları ilə Türkiyədə artıq yerli texnologiya transferi prosesi sürətləndi.

Yuxarıda sadalanan bütün bu fəaliyyətlər Türkiyədə innovasiya mədəniyyətinin formalaşmasında mühüm rol oynadı. Keçən əsrin 90-cı illərində texnologiyanın inkişafına dəstək verən amillərdən biri də əcnəbi alimlərin ölkəyə cəlb edilməsi idi. Həmin dövrdə Azərbaycan da daxil olmaqla Mərkəzi və Şərqi Avropa ölkələrindən, o cümlədən digər Cənubi Qafqaz və Orta Asiya respublikalarından əsasən fundamental və təbiət elmləri sahəsində çalışan alimlər Türkiyəyə dəvət olundu. Əcnəbi alimlərə olan tələbatın 43 faizi Azərbaycandan, 30 faizi Rusiyadan, qalan 27 faizi isə qeyd olunan digər ölkələrdən gələn beyin axınının hesabına qarşılandı.

2003-cü ildən etibarən Türkiyə hökuməti növbəti 20 ildə, yəni Cümhuriyyətin 100 illiyinə qədər mükəmməl bir strategiya - “Vizyon 2023”ü müəyyən etdi. Əminliklə demək olar ki, qardaş ölkənin texnologiyalarda bugünkü yüksəlişinə səbəb bu strategiyanın dövlət tərəfindən dəstəklənməklə yüksək texnoloji səriştə və toplumsal səfərbərliklə yerinə yetirilməsi oldu. 2019-cu ildən etibarən Türkiyə “Vizyon 2023” çərçivəsində özünün texnologiya strategiyasını - milli texnologiya hərəkatını genişləndirməyə başladı. “Yüksək texnologiya və innovasiya”, “Rəqəmsal transformasiya və sənaye hərəkatı”, “Sahibkarlıq”, “İnsan kapitalı” və “İnfrastruktur” adlı 5 istiqamətdən ibarət olan bu prosesin əsas mahiyyəti “təhsil, tədqiqat və inkişaf və istehsal” proseslərinin davamlı olması üçün bütün cəmiyyətdə məlumatlılığın artırılmasıdır. Cəmiyyətin bütün üzvlərinin ölkənin gücünə və gələcəyinə inamı milli texnologiya hərəkatının əsasını təşkil edir. Bu baxımdan texnoloji məhsulların inkişaf proseslərinin cəmiyyətlə paylaşılması, cəmiyyəti bu transformasiyanın subyektinə çevirmək və texnologiya sahələrində müsabiqələrdə fəal iştirak etmək böyük əhəmiyyət kəsb edir. Milli texnologiya hərəkatı yalnız texnologiya ilə əlaqəli olsa da, əsas diqqət insan olduğu üçün çoxölçülü bir perspektivdir. Türkiyədə son illərdə bu strateji əhəmiyyətli ideya böyük səfərbərlik ruhu ilə qəbul edilib və ciddi irəliləyişlərə imza atılıb. Milli texnologiya hərəkatının ilk uğurlu nümunəsi aerokosmik və müdafiə sənayesində həyata keçirilən layihələr oldu. Bu sahədə yerli istehsal 20 faizdən 80 faizə qədər yüksəldi. Müdafiə sənayesi layihələri Türkiyənin texnologiya istehsal qabiliyyətini artırdı, istehsal xərclərini azaltdı və pilotsuz uçuş aparatlarından raketlərə, avtonom sistemlərdən kosmik sistemlərə qədər geniş spektrdə texnologiyalar inkişaf etdirmək potensialını ortaya qoydu. Müdafiə sənayesi layihələrindən əldə edilən qazanclar digər mülki sahələrdə də texnologiyanın işinə nümunə oldu.

Milli texnologiya hərəkatı, ilk növbədə, texnologiyanın inkişaf və tam müstəqillik baxımından əhəmiyyəti haqqında sosial şüurun artırılmasını hədəfləyir. Bu istiqamətdə milli və orijinal texnologiyaları inkişaf etdirəcək gənclər üçün təlim və layihə yönümlü fəaliyyətlər həyata keçirilir. Belə fəaliyyətlər arasında dünyanın ən böyük aerokosmik festivalı olan “TEXNOFEST”in önəmi daha aydın görünür. “TEXNOFEST” milli texnologiyaları inkişaf etdirmək üçün əhəmiyyətli bir platformadır. Türkiyənin texnoloji yüksəlişində Texnologiyanın İnkişafı zonalarının böyük təsiri vardır. 2023-cü ilin mart ayına olan məlumata görə, Türkiyədə 98 Texnologiyanın İnkişafı Zonası vardır. Onlardan 82-si fəaliyyətini davam etdirir, 16-da isə infrastruktur işləri davam etdirilir. Texnologiyanın İnkişafı zonalarında 9135 şirkət fəaliyyət göstərir ki, bunlardan 391-i xarici tərəfdaşlarla birgə qurulan, 2379-u inkubasiya şirkəti, 1829-u alimlərlə birgə tərəfdaşlıqla qurulan şirkətlərdir. Texnologiyanın İnkişafı zonalarında çalışan 95248 nəfər işçi heyətinin 79860 nəfəri tədqiqat və inkişaf fəaliyyətləri ilə məşğul olan alim və mütəxəssislərdir. Bu zonalarda tamamlanan layihələrin sayı 51085-ə, davam edən layihələrin sayı isə 14120-yə bərabərdir.

Hazırda Türkiyədə 1262 tədqiqat və inkişaf mərkəzi mövcuddur. Bu mərkəzlərdə çalışan 77289 nəfərin 46541 nəfəri bakalavr, 13952 nəfəri magistr və 1263 nəfəri fəlsəfə doktoru və daha yüksək elmi dərəcə və adları olan şəxslərdir. Tədqiqat və inkişaf mərkəzlərində icrası tamamlanan layihələrin sayı 53131, davam edən layihələrin sayı isə 15057-dir. Türkiyənin tədqiqat və inkişaf mərkəzlərindəki patentlərin sayı 32151-ə bərabərdir. Statistik məlumatlardan görmək mümkündür ki, Türkiyənin sürətlə irəliləyən texnoloji inkişafı hərtərəfli infrastruktura sahib tədqiqat mərkəzləri ilə birbaşa bağlıdır. Məhz bu tədqiqat mərkəzlərinin mövcudluğu ölkənin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, innovasiya potensialının və texnologiyaların inkişaf etdirilrməsinə imkan yaradır. Son illər Türkiyə dünyada yaradılan ən son texnologiyalar- süni intellekt, robototexnika, biotexnologiyalar, nanotexnologiya, metavers, virtual reallıq, blokçeyn, kosmik texnologiyalar, Big Data, enerji texnologiyaları, super performanslı hesablamalar, kənd təsərrüfatı texnologiyaları, kibertəhlükəsizlik və digər sahələrdə ciddi nailiyyətlər əldə edib. Son bir iki ildə isə spesifik sahələr kimi karbon ixrac edən texnologiyalar, kənd təsərrüfatında öz özünü gübrələyən texnologiyalar, insan nəfəsi ilə xəstəliklərin müəyyən edilməsi, simsiz siqnallarda yaranan enerji texnologiyaları, sağlam yaşlanma texnologiyaları, kosmosda əşyaların interneti və digər ən müasir texnologiyaların yaradılması üzrə işlər aparılır.

2023-cü il Türkiyədə Cümhuriyyətin yaradılmasının 100-cü ilidir. Prezident Rəcəb Tayyip Ərdoğanın liderliyində artıq bir neçə qlobal texnoloji yeniliklərə imza atılıb. Türkiyənin ilk elektromobili olan “TOGG” istifadəyə verilib. Türkiyənin bütünlüklə milli istehsalı olan “TOGG” elektromobilinin ilk sifarişçilərindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. 2023-cü ilin ən son texnoloji yeniliklərindən biri də “Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırd etmə qabiliyyətinə malik müşahidə peyki olan “İMECE”nin aprelin 15-də orbitə buraxılmasıdır. 680 kilometr yüksəklikdə orbitdə yerləşdirilən “İMECE” 5 illik dizayn missiyası müddətində hədəfin müəyyən edilməsi, aşkarlanması, təbii fəlakətlər və kənd təsərrüfatı kimi bir çox sahədə ölkəyə xidmət göstərəcəkdir. Həmçinin peyk dünyanın istənilən yerindən kadrlar əldə edə biləcək.

Bu ilin aprel ayında Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı və dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi olan “TCG Anadolu” İstanbulda ictimaiyyətə təqdim edildi. “Bütün Türkiyənin qürur mənbəyi” adlandırılan və ən son texnologiyalarla təchiz edilən “TCG Anadolu”nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Gəmi 13 tank, 27 zirehli amfibiya-hücum maşını, altı zirehli heyət daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Cari ildə, həmçinin Türkiyə müdafiə sənayesinin ən böyük uğurlarından biri turbofan mühərrikli, gizli və hava-hava raket qabiliyyətinə malik pilotsuz döyüş təyyarəsi olan və “Baykar” şirkəti tərəfindən istehsal olunan “Kızılelma”nın test və təkmilləşdirmə işlərinin uğurla davam etdirilməsidir. 2023-cü ildə Türkiyədə 5-ci Nəsil Mobil Telekommunikasiya Xidmətinə (5G) keçilməsi planlaşdırılır. Texnologiyadakı bu sıçrayışla, 2023-cü ildə insanlar daha sürətli və yeni nəsil texnologiyaları ilə tanış olacaqlar. 2025-2030-cu illər arasında 5.5G üçün işlərə başlanılacağı və daha sürətli və yüksək səviyyəli texnologiyalarla xidmət göstərilməsi hədəf olaraq götürülüb.

Bütün bunlarla yanaşı, Türkiyənin həm də bir çox hədəfləri var. Sənaye və Texnologiya Nazirliyinin məlumatlarına görə, tədqiqat və inkişaf fəaliyyətlərinin Ümumi Daxili Məhsulda (ÜDM) payı 2017-ci ildə 1 faiz olduğu halda, 2023-cü ildə 1,8 faiz olacağı, 2017-ci ildə 112 min olan tədqiqatçı sayının 2023-cü ildə 200 minə çatdırılacağı gözlənilir. Qlobal tədqiqat və inkişaf fəaliyyətləri üzrə ilk 2500 şirkət arasında 2018-ci ildə Türkiyənin 4 şirkəti olduğu halda, bu rəqəmin 2023-cü ildə 23-ə çatacağı hədəflənir. 2018-ci ildə proqram tərtibatçılarının sayı 140 min olduğu halda, 2023-cü ildə 500 mindən çox proqram tərtibatçısının olacağı açıqlanır. Texnologiyaya əsaslanan investisiyaların həcmi 2018-ci ildə 60 milyon dollar idisə, 2023-cü ildə ciddi artımla 5 milyard dollara çatdırılması hədəflər arasındadır. 2023-cü ilə qədər qlobal miqyasda olan brendlərdə 23 ağıllı məhsulun istehsalı düşünülür. Sənaye istehsalı hədəflərinə baxdıqda, 2008-2018-ci illər arasında bu göstəricinin ÜDM-də nisbəti 16,5 faiz idisə, 2023-cü ildə təxminən 21 faiz artacağı gözlənilir. 2018-ci ildə 158,8 milyard dollar olan ixracatın 2023-cü ildə 210 milyard dollara yüksələcəyi də proqnozlaşdırılır. İxracda orta-yüksək və yüksək texnologiyalı məhsulların payı 39 faizdən 50 faizə çatdırılacaq. 50 milyon türk lirəsindən çox investisiyalar layihə əsaslı təşviqlərdən faydalana biləcək. Həmçinin istehlakçılar üçün alış zəmanət mexanizmi də həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər