Türkiyənin TRT televiziya şirkətinin baş direktoru
İbrahim Eren
- Biz TRT olaraq türk dünyasına xidmət etməkdən böyük qürur duyuruq. Xüsusilə “TRT Avaz” kanalımızla 10 ildən çox müddətdə Türküstan coğrafiyasına, türk millətlərinə, türk dünyasına böyük xidmət etməyə çalışırıq. Eyni zamanda, Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz bir çox birgə layihələrdə də türk dünyasına birlikdə xidmət etməkdəyik. Mən bu fürsətdən istifadə edərək AZƏRTAC-ı 100 illik yubileyi münasibətilə təbrik edirəm. Mart ayında 100 illiyi tamam oldu. Bu, çox böyük bir şərəf, böyük bir qürurdur. AZƏRTAC-ın bütün əməkdaşlarını, sizləri, rəhbərliyi və bu qurumda xidmət edən bütün şəxsləri ürəkdən təbrik edirəm.