Türkiyənin Vitse-prezidenti Fuat Oktay 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib
Ankara, 28 may, AZƏRTAC
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay 28 May - Respublika Günü münasibətilə bayram təbriki paylaşıb.
AZƏRTAC xəbər verir ki, Tviter sosial şəbəkə hesabına bayraqlarımızın dalğalandığı Azərbaycan və Türkiyə qardaşlığını tərənnüm edən videoçarx paylaşan Vitse-prezident Fuat Oktay “Azərbaycan 103 yaşında” başlıqlı təbrikində yazıb: “1918-ci il mayın 28-də müstəqilliyini elan edən dost və qardaş Azərbaycan Respublikasının yaranmasının ildönümü mübarək olsun. Azərbaycanlı qardaşlarıma sevgi və ehtiramımı göndərirəm”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara