TÜRKMƏNİSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB QURBANQULU BERDİMƏHƏMMƏDOVA
Hörmətli Qurbanqulu Məlikquluyeviç,
Türkmənistanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz dost Türkmənistan xalqının Sizə böyük hörmət və etimadının sübutudur.
Azərbaycan ilə Türkmənistanı əsrlərdən bəri sıx mehriban qonşuluq və dostluq telləri, qarşlıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə, regionda sülh, sabitlik və tərəqqi naminə ikitərfli dövlətlərarası münasibətlərimizin daha da inkişafı üçün birgə səylər göstərəcəyik.
Fürsətdən istifadə edərək, hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
15 fevral 2007-ci il.