RƏSMİ XRONİKA
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova
Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, bu gün yeni məzmun kəsb etməkdə olan Azərbaycan-Türkmənistan münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim öz inkişafını ardıcıl şəkildə davam etdirəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 oktyabr 2010-cu il.