UEFA Avropa Liqası: “Beşiktaş”dan inamlı qələbə, “Vilyareal” öz meydanında məğlub oldu
Bakı, 17 fevral, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu mərhələnin maraqlı görüşlərindən biri İspaniyada keçirilib. “Vilyareal” klubu İtaliyanın “Roma” komandasına 0:4 hesabı ilə məğlub olub. Sankt-Peterburqun “Zenit” klubu isə səfərdə “Anderlext”ə uduzub - 0:2.
Azərbaycanlı azarkeşlər üçün böyük maraq kəsb edən “Hapoel” (Beer-Şeva, İsrail) - “Beşiktaş” (Türkiyə) matçında qonaqlar sevinən tərəf olub - 1:3.
Digər oyunlar isə aşağıdakı kimi nəticələnib:
“Atletik” (İspaniya) - APOEL (Kipr) - 3:2
“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:0
“Mançester Yunayted” (İngiltərə) - “Sent-Etyenn” (Fransa) - 3:0
PAOK (Yunanıstan) - “Şalke” (Almaniya) - 0:3
Komandalar arasında cavab oyunları fevralın 23-də keçiriləcək.