İDMAN
UEFA Çempionlar Liqası: Ardıcıl dörd final matçında minimal hesablı qələbə qeydə alınıb

Bakı, 11 iyun, AZƏRTAC
"Mançester Siti" klubu UEFA Çempionlar Liqasının 2022-2023-cü il mövsümünün finalında "İnter"i 1:0 hesabı ilə məğlub edib. Turnirin əvvəlki üç finalı da eyni hesabla başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Bavariya” 2020-ci ildə PSJ-ni, 2021-ci ildə “Çelsi” “Mançester Siti”ni, 2022-ci ildə “Real” “Liverpul”u minimal hesabla məğlub edib.
Cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” “Borussiya” (Dortmund), “Sevilya” və “Kopenhagen”lə eyni qrupda mübarizə aparıb və birinci olub. Pley-off mərhələsində Mançester təmsilçisi "Leyptsiq" (1:1, 7:0), "Bavariya" (3:0, 1:1) və "Real" (1:1, 4:0) ilə qarşıdurmalardan qalib ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.12.2023 [16:59]
Azərbaycan klublarının qış toplanışı: Kim harada hazırlaşacaq?
- 05.12.2023 [16:04]
Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb
- 05.12.2023 [14:35]
Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək
- 05.12.2023 [14:08]
Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar
- 05.12.2023 [13:25]
Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb
- 05.12.2023 [13:23]