UEFA Çempionlar Liqası: “Dinamo” - “Qarabağ” oyunu başa çatıb YENİLƏNİB-6
Bakı, 21 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər.
Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
00:52
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 80-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç dubl edib.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
00:50
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 75-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç fərqlənib.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
00:07
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra meydan sahibləri 1:0 hesabı ilə qalib gəlir.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
23:54
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmada fasiləyə meydan sahibləri 1:0 hesabı ilə üstün yollanıb.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
23:35
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 29-cu dəqiqəsində rəqibin heyətində Marko Pyasa komandasını önə keçirib.
Matçı isveçli FIFA referisi Qlenn Nİberq idarə edir.
23:01
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüş başlayıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma saat 23:00-da start götürüb.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.