UEFA Çempionlar Liqası: “Qarabağ” komandası “Dundalk” ilə oyunda hesabı açıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Dundalk” oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, görüşün 13-cü dəqiqəsində ağdamlıların ispaniyalı futbolçusu Xayme Romeo rəqibin qapısına yol tapıb. O, uzaq məsafədən yaxın küncü dəqiq nişan alaraq baxımlı qola imza atıb.