UFAZ-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb. Bildirilib ki, o müdhiş gecədə günahsız insanlar - qocalar, uşaqlar, qadınlar və gənclər qətlə yetiriliblər.
20 Yanvar qırğınının heç vaxt yaddan çıxmayacağını deyən V.Əsgərov ölkəmizin azadlığı və müstəqilliyi yolunda şəhid olmuş Vətən övladlarının xatirəsinin həmişə müqəddəs tutulduğunu söyləyib.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.