Ukrayna Ali Radası yeni müdafiə nazirinin namizədliyini təsdiq edib
Kiyev, 14 yanvar, AZƏRTAC
Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin təqdimatı əsasında müdafiə naziri Mixail Fyodorovun namizədliyini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, müvafiq təşəbbüsü 277 deputat dəstəkləyib.
M. Fyodorov səsvermədən əvvəl Ali Radada çıxış edərək Ukrayna müdafiə qüvvələrinin maliyyə və sosial təminatını yaxşılaşdırmaq üçün əlavə imkanları müəyyən etmək məqsədilə yaxın gələcəkdə Ukrayna Müdafiə Nazirliyində və Silahlı Qüvvələrində audit aparmaq niyyətində olduğunu bildirib.
Yeni nazir təyin olunduğu gün Ali Radanın plenar iclasında Nazirlər Kabinetinin üzvü kimi and içib. Nazirlər Kabineti haqqında qanuna əsasən, yeni təyin olunmuş hökumət üzvü and içdikdən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]